“Ermənistanın zəmanəti xarici ölkələrdən asılı deyil”

“Ermənistan başa düşməlidir ki, onun təhlükəsizliyinə nə Fransa, nə verdiyi silahlar, nə əvvəllər Rusiya, nə ABŞ, nə də hər hansı bir qeyri-region ölkəsi zəmanət verə bilər”.

Bu fikirləri Gununsesi.info-ya hərbi ekspert Ədalət Verdiyev deyib:

“Ermənistanın təhlükəsizlik zəmanəti yalnız Azərbaycan Silahlı Qüvvələrinin ali baş komandanı İlham Əliyevdən asılıdır.

Çünki Ermənistanın yerləşdiyi coğrafi mövqe imkan vermir ki, iki milyon əhali ilə, Azərbaycanın tarixi torpaqlarında yaradılmış qondarma bir ölkə, bir tərəfdən Türkiyəyə qarşı ərazi iddiaları qoysun, qondarma erməni soyqırımını öz konstitusiyasında gerbində əks etdirsin və eyni zamanda Azərbaycanla sülh sazişi imzalasın.

Tutaq ki, sülh sazişi imzalandı və Ermənistan parlamentinə göndərildi. Parlament bunu konstitusiya məhkəməsinə göndərəcək və deyəcək ki, bu sülh sazişi Ermənistan konstitusiyasına ziddir. Azərbaycan isə nəyə görə sülh sazişini tələsik imzalamalıdır? Ondansa, konstitusiya dəyişdirilsin, gerb və digər əks etdirilmiş elementlər aradan götürülsün, Türkiyəyə qarşı qondarma soyqırım çıxarılsın, Qarabağın adı konstitusiyadan silinsin. Eyni zamanda Ermənistanın hərbi doktrinası, milli təhlükəsizlik strategiyası və digər sənədlərində Azərbaycanın əraziləri qeyd edildiyi halda, sülh sazişi imzalamaq mümkün olmaz”.

 

 

Şəbnəm 

Gununsesi.info