“Ermənistanla Azərbaycan arasında birbaşa danışıqlar istisna deyil”

  • By admin
  • 15 Yanvar 2024 16:58

“Ermənistanla Azərbaycan arasında birbaşa danışıqlar istisna deyil”.

Gununsesi.info “Sputnik Ermənistan”a istinadən verdiyi məlumata görə, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan parlamentdə jurnalistlərə bildirib.

O deyib ki, “sülh prosesində vasitəçilik etməyə çalışan istənilən ölkənin öz maraqları var və bu, təbiidir”.

Onun sözlərinə görə, “Ermənistan və Azərbaycan üzərində təsir rıçaqlarına sahib olmaq istəyən bütün ölkələr bunun üçün “yaxşı” vasitəçi olmağa çalışacaqlar. Ancaq İrəvan da, Bakı da öz məsələlərini həll etməlidir ki, başqa ölkələrin böyük oyununda alver predmeti olmasın”.

Bundan əvvəl parlamentin xarici əlaqələr komissiyasının rəhbəri Sarkis Xandanyan bildirib ki, Ermənistan Azərbaycandan birbaşa danışıqlar aparmaq təklifi almayıb.

Gununsesi.info