“Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olması üçün tarixi şans var” – Simonyan

Ermənistan parlamentinin sədri Alen Simonyan hesab edir ki, bu gün Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olması üçün tarixi şans var.

Gununsesi.info xəbər verir ki, o, bunu ATƏT PA-nın İrəvanda keçirilən iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, “Ermənistan region ölkəsi və beynəlxalq birliyin məsuliyyətli üzvü kimi region ölkələrinin sülh şəraitində yaşamasına imkan verəcək formul tapmağa çalışır”.

Eyni zamanda o, Vankuverdə ATƏT PA-nın regionda sülhə alternativin olmadığını vurğulayan bəyannamə qəbul etdiyini xatırladıb.

Gununsesi.info