Ermənistanla danışıqlar dayanıb - ELMAR MƏMMƏDYAROV

  • By admin
  • 07 Mart 2017 15:48

elmar

“Ermənistanla Dağlıq Qarabağla bağlı danışıqlar hazırda dayanıb”.

Gununsesi.info APA-ya istinadən xəbər verir ki, bunu Rusiya Diplomatiya Akademiyasında çıxışında Azərbaycan xarici işlər Elmar Məmmədyarov deyib.

Onun sözlərinə görə, Ermənistan tərəfi danışıqlara getmir: “Biz təklif etmişik ki, substantiv danışıqlar davam etdirilsin, lakin Ermənistan tərəfi buna yaxın durmur.

Ermənistanda aprelin 2-də parlament seçkiləri keçiriləcək. Biz danışıqların bu tarixdən sonra aparılmasını da təklif etmişik”.

Gununsesi.info