Ermənistan bilməlidir ki, Türkiyə ilə sərhədin açılmasının yolu həm də Azərbaycanla ədalətli davranışdan keçir. Çünki sərhədin açılması məsələsində Türkiyə Azərbaycanla ortaq qərarlar verir.
Gununsesi.info xəbər verir ki, bunu mətbuata açıqlamasında III Antalya Diplomatik Forumunda (ADF) iştirak edən Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, Yedditəpə Universitetinin professoru Mesut Hakkı Çaşın bildirib.
O deyib ki, ADF-2024 çərçivəsində bu mövzu geniş müzakirə olunub:
“Ermənistan qərbə, özəlliklə Fransanın təxribatlarına uymaqla öz müqqədaratını daha da mürəkkəbləşdirir. Münaqişələrlə bəslənməkdənsə, istiqamətini öz qonşularına çevirməlidir.
Və Türkiyə ilə sərhədlərin açılması üçün bizim əsas vacib şərtlərimizdən biri də Azərbaycanla bağlı obyektiv davranmasıdır. Çünki Cənubi Qafqazda sabitlik və istiqrar mövzusunda, həmçinin sərhədin açılması məsələsində Türkiyə Azərbaycanla ortaq qərarlar verir”.
Gununsesi.info