Erməni deputat: “Rus hərbçiləri Ermənistandan çıxarılmalıdır”

  • By admin
  • 15 İyun 2016 14:14

Zarui Postancyan]

 

“Rusiya Ermənistanla 200 milyonluq silah satışı müqaviləsini tam şəkildə reallaşdırmaq niyyətində deyil”.

Gununsesi.info xəbər verir ki, bunu erməni deputat, “İrs” partiyasının parlament fraksiyasının rəhbəri Zarui Postancyan deyib.

Deputatın sözlərinə görə, Rusiya regionda güc balansını bərpa etmək niyyətində deyil: “Rəsmi Moskva Azərbaycana milyard dollar məbləğində silah satmaqla bu balansı pozub”.

Erməni deputat hesab edir ki, rəsmi Moskva Bakı ilə sıx əməkdaşlıq etdiyi, onun silahlı qüvvələrini gücləndirdiyi üçün Rusiya hərbçiləri Ermənistandan çıxarılmalıdır.

Qeyd edək ki, Rusiyanın 102-ci hərbi bazası Gümrüdə yerləşir.  (Azvision.az)