Erməni deputatdan etiraf: Qarabağda 120 min yox, 40 min erməni yaşayır

  • By admin
  • 12 Yanvar 2023 15:00

Ermənistanın “Vətəndaş Müqavilə” partiyasının deputatı Vigen Xaçatryan Qarabağda yaşayan ermənilərin sayının şişirdildiyini etiraf edib.

Gununsesi.info xəbər verir ki, o, mətbuata açıqlamasında Ermənistanın baş naziri Nikol Paşinyanın və separatçıların “dövlət naziri” Ruben Vardanyanın Qarabağda 120 min erməni sakinin yaşaması barədə iddialarını yalanlayıb.

Hakim partiyanın üzvü olan Xaçatryan Qarabağda cəmi 40 min erməninin yaşadığını deyib.

O, eyni zamanda Qarabağın erməni əhalisi ilə Bakı arasında birbaşa dialoqun tərəfdarı olduğunu bildirib.

Gununsesi.info