Erməni diplomatı evinin önündə döydülər

  • By admin
  • 21 Oktyabr 2022 09:09

Ermənistanın Polşadakı keçmiş səfiri Edqar Qazaryan evinin qarşısında əzişdirilib.

Gununsesi.info xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Bildirilir ki, diplomat E.Qazaryan bərbərxanadan çıxıb evinə gedərkən hücuma məruz qalıb. Hadisə İrəvanın mərkəzində baş verib.

Keçmiş səfir təcili yardım maşını ilə xəstəxanaya çatdırılıb.

Onun ciddi xəsarətlər aldığı vurğulanır.

Faktla bağlı İrəvan İstintaq İdarəsi araşdırmalara başlayıb. Edqar Qazaryan zərərçəkmiş qismində tanınıb.

Erməni diplomat ona qarşı baş verən zorakılıq hadisəsini “sifariş və hakimiyyət təqibinin bir hissəsi” adlandırıb.

Gununsesi.info