Erməni ekspertin Laçın yanğısı: “Qəhrəmanlıq” keçmişimiz…

Laçın yoluna alternativ yolun ən qısa müddətdə Azərbaycan tərəfindən hazır olması Laçın şəhərinin 10 noyabr 2020-ci il bəyanatına uyğun olaraq, Ordumuzun nəzarətinə keçəcəyi tarixi yaxınlaşdırır.

Gununsesi.info xəbər verir ki, 10 noyabr 2020-ci il bəyanatının bir sıra maddələrini pozan, o cümlədən erməni silahlı birliklərinin Azərbaycan ərazisindən dərhal çıxarılması və Zəngəzur yolunun açılması tələblərini gecikdirən Ermənistan bütün vasitələrlə prosesi ləngitməyə və öhdəlikdən imtina etməyə uğursuz cəhd göstərir. Bu cəhdlərdən biri isə yeni Laçın yolunun Ermənistan hissəsinin tikintisinin gecikdirilməsidir.

Buna baxmayaraq, artıq Ermənistan da avqust ayından tikintiyə başlayacağını elan etməyə məcbur oldu. Bu, Laçın şəhərinin ilin sonuna qədər boşalması deməkdir.

Buna qarşı isə Ermənistanda hökumətə bağlı ekspertlərin qızışdırıcı bəyanatları səsləndirilir, eyni zamanda, Laçın yolu üzərində məskunlaşdırılan kəndin erməni əhalisi yaşayış məntəqəsini “boşaltmayacaqlarını” haqda açıqlamaları təşkil edilir.

İranşünas Vardan Voskanyan da Laçınla bağlı çağırış edib və erməni mediası bunu həvəslə paylaşıb.

“Laçın – təkcə yaşayış məntəqəsi deyil, bu, Ermənistanın bir millət və dövlət olaraq düşməni əzməyin, bizim haqqımızda “yazıq və gücsüz” kimi çoxəsrlik stereotipi tapdalaya bilmənin simvollarından biridir.

Laçın – hər gün bizə yaxın keçmişimizin qəhrəmanlığını xatırladan, müstəqillikdən sonrakı dövrün erməni silahının zəfər şöhrətinin son simvollarından biridir. Odur ki, barbarların fikrincə, Ermənistanın təkcə bədənini deyil, ruhunu da kəsib, ondan məhrum olmalıyıq”, – o yazıb.

Ermənilərin işğalçı, qaniçən və uşaq qətliamları ilə zəngin 30 illik “qəhrəmanlıq tarixi” 44 gündə cəhənnəmə vasil oldu. Ancaq Laçın şəhərinin Ordumuzun nəzarətinə keçməsi “erməni qəhrəmanlığı” adlandırdıqları vəhşiliyin, dağıdıcılığın, terrorun müvəqqəti məhvidir.

Yalnız Xankəndi azad olunduqdan sonra bölgədə 200 illik erməni terroruna tamamilə son qoyulmuş olacaq.

Gununsesi.info