Erməni general separatçı lideri döydü

  • By admin
  • 12 Noyabr 2020 13:00

Ermənistanda xaos davam edir.

Bu dəfə isə Qarabağ separatçılarının lideri Araik Arutyunyanın döyülməsi barədə məlumat yayılıb.

Gununsesi.info “Hraparak” qəzeti Arutyunyanın general Mikael Arzumanyan tərəfindən döyüldüyünü yazıb:

“Dünən səhər internetdə “Artsax” (Dağlıq Qarabağ – red.) rəhbəri Araik Arutyunyanın öldüyü, bəzi qrupların ondan intiqam aldığı, “Artsax”ın təslim edilməsinə razı olduğu barədə şayiələr yayıldı.

Əlbəttə ki, gün ərzində bu xəbər inkar edildi. Ancaq bizə xoşagəlməz bir hadisənin baş verməsi barədə məlumat daxil olub. Belə ki, məlum sənədin imzalanmasından sonra, “Artsax”ın hərbi-siyasi rəhbərliyi toplandıqda, “Müdafiə Ordusu”nun komandiri Mikael Arzumanyan hisslərini cilovlaya bilməyib. O, Araik Arutyunyanı vurub”.

Qeyd edək ki, bir neçə gün əvvəl Ermənistanın parlament sədri Ararat Mirzoyan etirazların hücumuna məruz qalaraq, ağır xəsarətlər almışdı.

Gununsesi.info