Erməni hərbçi əsgər yoldaşını güllələdi

  • By admin
  • 09 Dekabr 2021 11:28

Ermənistan ordusunun hərbçisi əsgər yoldaşı tərəfindən açılan atəş nəticəsində yaralanıb.

Gununsesi.info  Ermənistanın Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, yaralanan hərbçi 2003-cü il təvəllüdlü Senik Saakyandır.

İnsident dekabrın 8-i təqribən 23:50-də ölkənin cənub-şərq istiqamətində yerləşən hərbi hissələrin birində baş verib.

Yaralı hərbçinin vəziyyəti ağır olaraq qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info