Erməni hərbçi intihar etdi

İrəvanda erməni hərbçi intihar edib.

Gununsesi.info xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

Məlumata görə, 21 yaşlı Levon S. adlı hərbçi yaşadığı evin yataq otağında güzgünü sındıraraq, parçaları ilə boynunu kəsib.

Ağır vəziyyətdə xəstəxanaya çatdırılan hərbçi az müddət sonra ölüb.