Erməni hərbçilərin qaytarılmasına ABŞ-dan REAKSİYA

  • By admin
  • 08 Fevral 2022 10:25

“Biz Azərbaycanın saxlanılan erməni hərbçiləri təhvil verməsini alqışlayırıq”.

Gununsesi.info xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri üzrə Bürosunun yaydığı açıqlamada bildirilib.

“Bütün saxlanılan hərbçilərin qaytarılmasını üçün işlər görülür. Eyni zamanda, hər iki müharibədə itkin düşmüş vətəndaşlar haqqında işlərin görülməsi regionda sülhü davamlı edəcək”,- məlumatda deyilir.

Qeyd edək ki, Azərbaycan 7 fevral 2022-ci il tarixdə 8 nəfər erməni əsilli hərbi qulluqçunu Ermənistan tərəfinə qaytarıb. Həmin şəxslərin bir qismi 2021-ci ilin 16 noyabr tarixində Ermənistan silahlı qüvvələrinin dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində törətdiyi təxribatın qarşısı alınarkən saxlanılan hərbi qulluqçulardır.

Gununsesi.info