Erməni müdafiə naziri Azərbaycanla sərhədə baş çəkdi

Ermənistanın müdafiə naziri Suren Papikyan iyulun 20-də Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müşayiəti ilə ikinci ordu bölməsinə baş çəkib.

Gununsesi.info  “Armenian News”a istinadla xəbər verir ki, o, Azərbaycanla sərhəddə yerləşən hərbi hissələrə baş çəkib, maddi-texniki təminat işləri, qoşunların döyüş hazırlığının gedişi ilə tanış olub.

Suren Papikyan hərbi hissənin komanda heyəti ilə şəxsi heyətin döyüş qabiliyyətinin gücləndirilməsi, infrastrukturun müasirləşdirilməsi və hərbi hissələrin tikinti şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra məsələləri müzakirə edib.

Bundan başqa, Papikyan hərbi birləşmənin komanda heyəti ilə şəxsi heyətin döyüş qabiliyyətinin gücləndirilməsi, infrastrukturun müasirləşdirilməsi və hərbi hissələrin məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra məsələlər nəzərdən keçirilib.

Gununsesi.info