Ermənilər Azərbaycan vətəndaşlığını qəbul edəcəklər - Xaçaturova

  • By admin
  • 24 Fevral 2023 12:30

Ruben Vardanyanın “vəzifəsindən” azad olunmasından sonra Laçın dəhlizi Azərbaycanın istədiyi statusda açılacaq.

Gununsesi.info xəbər verir ki, bunu erməni jurnalist Lilit Xaçaturova söyləyib. Onun sözlərinə görə, Qarabağda yaşayan ermənilər seçim qarşısındadır.

“Qarabağda olan ermənilər ya oranı tərk edəcək, ya da Azərbaycan vətəndaşlığını qəbul edib yaşayacaqlar”, -deyə Xaçaturova söyləyib. Erməni jurnalist hesab edir ki, yerli sakinlər Azərbaycan vətəndaşlığını qəbul etməli olacaqlar.

Qeyd edək ki, ötən gün Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindəki separatçıların “dövlət naziri” Ruben Vardanyan “vəzifəsindən” uzaqlaşdırılıb və onun yerinə Qurgen Nersisyan gətirilib.

Gununsesi.info