Ermənilər Azərbaycan xəritəsi olmadan bu xidmətdən istifadə edə bilmir

  • By admin
  • 07 Aprel 2021 15:23

Ermənistanın Qafan bölgəsində “Yandex” taksi xidmətini sifariş verən ermənilər Azərbaycan xəritəsindən istifadə edirlər.

Gununsesi.info  Ermənistan mediasına istinadən xəbər verir ki, Azərbaycan xəritəsi olmadan taksi xidməti onlayn sifarişi qəbul etmir.

Yerli ermənilərdən biri danışır ki, taksi sifariş vermək istəyəndə ona Azərbaycan xəritəsini yükləməklə bağlı təlimat gəlib.

Taksi xidməti isə bundan xəbərsiz olduğunu bildirib.

Gununsesi.info