Ermənilər dolmanı “Ginnesin Rekordlar Kitabı”na daxil etmək istəyir

Tarixindən mətbəxinə qədər saxta olan Ermənistan oğurladığı dolmanı Ginnesin Rekordlar Kitabına daxil etməyi planlaşdırır.

Gununsesi.infoxəbər verir ki, ermənilər iyunun 19-da keçiriləcək Qastronomiya festivalında 150 metrlik dolma hazırlayacaq.
150 metrlik dolma Ermənistan Rekordlar Kitabına daxil ediləcək. Daha sonra onlar bunu Ginnesin Rekordlar Kitabına daxil edilməsi üçün müraciət edəcəklər.
Qeyd edək ki, Azərbaycan Ermənistanın oğurluğunun qarşısını almaq üçün 2017-ci ildə UNESCO-ya müraciət edib. Azərbaycanın təqdim etdiyi “Mədəni kimliyin hissəsi olan dolmanın hazırlanma və paylaşma ənənəsi” UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib. Lakin ermənilər iddialarından əl çəkmir və Azərbaycanın milli mətbəxinə məxsus dolmanı “tolma” adı ilə mənimsəməyə davam edirlər. (

Gununsesi.info