Ermənilər Elnur Hüseynzadəyə cinayət işi açdı - VİDEO

  • By admin
  • 04 Fevral 2017 12:30

elnur

Separatçı Dağlıq Qarabağ rejiminin “Milli Təhlükəsizlik Xidməti” əsir düşmüş Elnur Hüseynzadənin saxlanılmış şəxs statusunda təqdim edildiyi videogörüntü yayıb (“Turan”).

Separatçıların iddiasına görə, fevralın 1-də Talış kəndi istiqamətinə “dumanlı hava şəraitindən istifadə edən bir qrup Azərbaycan hərbiçisi diversiya cəhdi edib”, “cəhdin qarşısı alınıb”.

“Elə həmin gün Azərbaycan SQ-nin 157-ci motoatıcı briqadasının kəşfiyyat alayının həbiçisi Elnur Hüseynzadə aşkar olunaraq, müvəqqəti həbsə məruz qoyulub”, deyə mənbə bildirir.

Hüseynzadəyə qarşı “diversiya törətmək cəhdi” və “sərhədi qanunsuz keçmə” ittihamı ilə cinayət işi açılıb. O, saxlanılıb, istintaq aparılır, xəbəri Ermənistan KİV yayıb.

Bir müddət əvvəl Azərbaycan Müdafiə Nazirliyi Hüseynzadənin silahlı qüvvələrdən tərxis olunduğunu bildirib.

Gununsesi.info