Ermənilər insan hüquqları sahəsindəki durumdan bizə qarşı istifadə edir -HÜQUQ MÜDAFİƏÇİSİ

  • By admin
  • 24 Yanvar 2023 11:01

İnsan hüquqları sahəsində son aylar baş verən hadisələr Qarabağ məsələsində də mövqeyimizi zəiflədir. Ermənistanın təbliğat maşını “azərbaycanlıların heç bir hüququnu tanımayan dövlət etniklərin hansı hüququnu tanıya bilər” devizi ilə işləyir”.

Bunu Gununsesi.info-ya Müdafiə Xətti İnsan Hüquqları Təşkilatının həmsədri Zaur Əkbər deyib.

Onun sözlərinə görə, Azərbaycanda insan hüquqları sahəsindəki gerimələri ermənilər arqument kimi beynəlxalq strukturlarda səsləndirir: “Hökumət bunu ciddi düşünməlidir. Vəziyyət dəyişməlidir, ölkədə siyasi məhbus problemi həllini tapmalıdır”

 

Mətləb

Gununsesi.info