Ermənilər işğal altındakı Azərbaycan torpaqlarında növbəti hərbi təlimlərə başlayıb

  • By admin
  • 06 Oktyabr 2016 14:19

ff81f7a1e9a67347d0c6d11e2221b7f4

Erməni hərbi birləşmələri işğal altındakı Azərbaycan torpaqlarında növbəti hərbi təlimlərə başlayıb.

Gununsesi.info-nun APA-nın Qarabağ bürosuna istinadən məlumatına görə, təlimlər Ağdamvə Ağdərə rayonlarının işğal altında olan ərazilərində keçirilir.

Təlimlərdə ağır artilleriyadan istifadə olunur. Top və minaatanlardan açılan atəş səsləri Ağdamın və ətraf rayonların cəbhəyanı ətraf kəndlərində eşidilir.

Gununsesi.info