Ermənilər iyulda atəşkəsi 370 dəfə pozublar

  • By admin
  • 01 Avqust 2016 12:19

atas-1

 

İyul ayında erməni silahlı bölmələri atəşkəs rejimini 370 dəfə pozub.

Gununsesi.info APA-ya istinadən xəbər verir ki, Azərbaycan Müdafiə Nazirliyinin təsdiq etdiyi məlumatlar əsasında aparılan monitorinqin nəticələrinə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan, qumbaraatanlardan Azərbaycan Ordusunun mövqelərini atəşə tutub.

Belə ki,  cari ilin iyul ayı ərzində erməni silahlı bölmələri Silahlı Qüvvələrimizin Ağdam,Füzuli,  Cəbrayıl Tərtər, Xocavənd, Goranboy, Qazax, Gədəbəy, Tovuz, Göygöl və Ağstafa rayonlarında yerləşən mövqelərini atəşə tutub.

Ötən ay erməni silahlı bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədində təxribat törədib. Düşmən tərəfinin snayper atəşi nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçuları baş leytenant Məmmədov Toğrul Səyyad oğlu və əsgər Əliyev Vüsal Əmir oğlu şəhid olublar.

İyul ayında da cəbhəboyu əməliyyat şəraiti Silahlı Qüvvələrimizin tam nəzarəti altında olub. Düşmənin ön xətdəki təxribatlarının qarşısı qətiyyətlə alınıb.

Qeyd edək ki, iyun ayında atəşkəs 655 dəfə pozulub.

 

Gununsesi.info