Ermənilər Kəlbəcəri və Tovuzu ATƏŞƏ TUTDU

  • By admin
  • 15 Fevral 2022 11:10

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.

Bu barədə Gununsesi.info-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Ermənistan silahlı qüvvələrinin bölmələri fevralın 14-ü saat 18:45-dən başlayaraq Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Barmaqbinə yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini heç bir səbəb olmadan fasilələrlə atıcı silahlardan atəşə tutub.

Fevralın 15-i saat 01:40 radələrində Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsi istiqamətindən Tovuz rayonunun Ağbulaq yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərimiz də atəşə tutulub: “Ordumuz tərəfindən adekvat cavab tədbirləri görülüb”.

Gununsesi.info