Ermənilər mövqeləri belə tərk edirlər –  VİDEO

  • By admin
  • 17 Dekabr 2020 22:13

Ermənistan mətbuatında Sünik (Zəngəzur mahalı) bölgəsinin Azərbaycana təhvil verilməli olan hissələrini əks etdirən bir video yayımlanıb.

Gununsesi.info xəbər verir ki, videonu çəkən əsgər qəzəblənərək deyir:

“Bu ərazidə insanların evləri, tövlələri, kottecləri var. Bunların hamısını Azərbaycana verirlər. Postlardan ayrılıb gedirik. Kəndin altına çatırlar. Uşaqlar getmək üçün mərmiləri yükləyirlər”

Daha əvvəl NEWS.am, Qafan Bələdiyyə başçısı Gevorg Parsyan Sünik bölgəsinin Qafandakı bütün mövqelərinin sabah saat 17:00-a qədər təhvil veriləcəyini açıqlamışdı.

 

 

Gununsesi.info