Ermənilər Qəbələ və Kürdəmiri “Elbrus”dan atəşə tutub - RƏSMİ

  • By admin
  • 22 Oktyabr 2020 12:37

Ermənistan silahlı qüvvələri Qəbələ və Kürdəmir rayonlarını hədəfə alıb.

Gununsesi.info bildirir ki, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) bununla bağlı “Twitter” hesabında məlumat yayıb.

ANAMA-nın xüsusi qrupları əməliyyat yerinə baxış keçirib və atılan raketin ballistik 8K14 (ELBRUS/SCUT) tipli olduğu müəyyən edilib.

Gununsesi.info