“Ermənilər Qafqaz Albaniyasına aid kilsələri də mənimsəməyə çalışırlar” - KOMİTƏ SƏDRİ

  • By admin
  • 26 Oktyabr 2017 11:58

Mubariz Gurbanly

“Əlimizdə təkzibedilməz faktlar var ki, Ermənistan işğal olunmuş Azərbaycan ərazilərində, zamanında Azərbaycan torpaqları olan indiki Ermənistan adlanan dövlətindəki tarixi abidələrimizi kütləvi sürətdə dağıdır”.

Gununsesi.info xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycan, Rusiya və Ermənistanın dini liderlərinin Moskvada keçirilən görüşündə imzalanan bəyanatda əks olunan “hər iki tərəfdə dini abidələr dağıdılır” fikrinə münasibət bildirərkən deyib.

Komitə sədri bildirib ki, ermənilər Qafqaz Albaniyasına aid kilsələri də mənimsəməyə çalışırlar: “Bu bəllidir, erməni tərəfi həmin sənəddə məsələləri təhrif edərək bu cür məlumat yaymağa çalışır. Əslində o sənəddə Azərbaycan tərəfinə heç bir ittiham irəli sürülmür və Azərbaycanın hər hansı bir abidəni dağıtması barədə ermənilərin əlində heç bir fakt yoxdur. Ermənilər həmişəki kimi yenə də uydurma xəbərlər yayırlar”.

Gununsesi.info