Ermənilər Qarabağdakı muzeyləri beynəlxalq tədbirə çıxarır

  • By admin
  • 16 May 2017 17:44
qarabag
Azərbaycanən işğal olunmuş Dağlıq Qarabağ ərazilərindəki separatçı rejimin nəzarətində olan ərazilərdəki olan muzeylər Beynəlxalq Muzeylər Şurasının  tədbirində iştirak edəcək.
Gununsesi.info erməni mediasına istinadən xəbər verir ki,  Beynəlxalq muzeylər günü ilə əlaqədar olaraq mayın 20-də “Muzeylər gecəsi” ümumavropa aksiyasında  Ermənistandan və “Dağlıq Qarabağ”dan 113 muzey iştirak edəcək.
Beynəlxalq muzeylər günü 1977-ci ildən etibarən  Beynəlxalq Muzeylər Şurası (İCOM) tərəfindən qeyd olunur. Məqsəd də cəmiyyətin sosial-mədəni  həyatında muzeylərin rolunu artırmaqdır.
Tədbirdə Ermənistan və “DQR”-dən iştirak edən muzeylər müxtlif növ poqramlarla çıxış edəcək.
Gununsesi.info