Ermənilər Tərdət-Ağdərə-Talış istiqamətində hücuma cəht edir - POLİTOLOQ

  • By admin
  • 23 Fevral 2017 12:03
qabil
Cəbhə xəttində vəziyyətin yenidən gərginləşməsi və bu  gərginləşmə fonunda Azərbaycanın müdafiə naziri  Zakir Həsənov vəziyyətlə yerindəcə tanış olmaq üçün bu gün təcili olaraq  cəbhə bölgəsinə yollanıb.
Cəbhə bölgəsində yaranmış vəziyyəti  Gununsesi.info-ya şərh edən politoloq Qabil Hüseynli bildirib ki,  ermənilər  2016-cı ilin “dördgünlük müharibəsi”nin  əvəzini çıxamaq üçün  cəbhə bölgəsində vəziyyəti gərginləşdirirlər. “Ermənilər bu məqsədlə xüsusən də Tərdət-Ağdərə-Talış  istiqamətində lokal xarakterli əməliyyatlar keçirib  keçən il itirdikləri  mövqeləri geri qaytarmağa cəhd edirlər. Bununla da ermənilər onlara dəyən  psixolji  zərbəni kompensasiya etmək istəyirlər. Ancaq unutmurlar ki, həm psixoloji, həm hərbi təşəbbüs və  ordudakı ruh yüksəkliyi, psixoloji üstünlük  Azərbaycan  tərəfindədir. Məhz bunun nəticəsidir ki, Azərbaycan işğaldan azad olunan Cocuq Mərcanlıda  geriyə qayıdışı təmin etmək üçün işlər aparır. Bütün bu məsələlər  psixoloji cəhətdən erməniləri pis vəziyyətə salır və “uğurlar” əldə etmək üçün hərəkətə keçməyə cəhd edir. Ermənilər onu da unutmamalıdırlar ki, Azərbaycan ordusu hazır vəziyyətə durub və  onların istənilən həmləsinə cavab verməyə hazırdır”- deyə, politoloq vurğulayıb.
Politoloq deyib ki, əgər ermənilər cəbhə bölgəsində lokal hücumlara başlarsa, Azərbaycan ordusu onların layiqli cavabını verməklə yanaşı,  erməniləri daha ciddi itkilərə  məruz qoyacaq.
Q.Hüseynli  əlavə edib ki, ermənilər işğal altında olan torpaqlarda  keçirdikləri “referndum”dan sonra daha azğınlaşıblar: “Rusiyanın ötürməsi ilə cəbhə bölgəsində hərbi əməliyyatları bərpa etmək istəyirlər. Ermənilər onu da anlamırlar ki, bu hərəkətləri onlar baha başa gələcək”.
 Mürtəza
Gununsesi.info