Erməniləri dəhşətə gətirən xəbərdarlıq: Xankəndidən təxliyə üçün SON BEŞ GÜN

  • By admin
  • 25 Aprel 2022 12:51

Sosial şəbəkənin erməni seqmentində Xankəndi ilə bağlı informasiya sürətlə yayılır.

Gununsesi.info-nun xəbərinə görə, separatçıların adından yayılan məlumatda Xankəndi əhalisinə xəbərdarlıq edilir ki, buradakı ermənilər aprelin 30-na qədər şəhərdən təxliyə olunacaqlar.

Qondarma qurumun “İnformasiya Qərargahı” bəyanat yayaraq, bu xəbəri əsassız hesab etdiklərini bildiriblər. Ancaq sözügedən informasiya sosial şəbəkənin erməni seqmentində şok effekti yaradıb və böyük təşvişə səbəb olub.

Gununsesi.info