Ermənilərin son hücumundan sonra Azərbaycanın mülki itkiləri açıqlandı - FOTOLAR

  • By admin
  • 17 Oktyabr 2020 12:45

“Ermənistan silahlı qüvvələrinin Azərbaycanın yaşayış məntəqələrinə ağır artilleriyalardan atəş açması nəticəsində, bu gün səhər saatlarına olan məlumata görə, 60 mülki şəxs həyatını itirib”.

Gununsesi.info bildirir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, ermənilərin açdığı atəş nəticəsində 270 dinc sakin yaralanıb.

“1704 yaşayış evi, 327 mülki obyekt və 90 çoxmərtəbəli yaşayış binası yararsız vəziyyətə düşüb”, – deyə məlumatda qeyd edilib.

Gununsesi.info