Ermənilərin yeni internet təxribatı

  • By admin
  • 20 Oktyabr 2020 19:04

 

Ermənilər “Telegram”da və digər sosial şəbəkələrdə Azərbaycanlıların adından saxta hesablar açırlar və Azərbaycan ordusuna və müharibə qurbanlarına yardım adı altında vəsait toplayırlar.

Azərbaycan Rabitə Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi vətəndaşları maksimum diqqətli olmağa və bu cür hiylələrə aldanmamağa çağırır. Hər hansı kiberinsidentlə üzləşdikdə www.cert.az saytı və ya reports@cert.az elektron poçt ünvanı vasitəsilə ETX-yə müraciət etmək tövsiyə olunur.

Həmçinin, Azərbaycan SQ-yə Yardım Fondunun mövcud olduğu və fiziki və hüquqi şəxslərin könüllülük əsasında fonda vəsait köçürə biləcəyi xatırladılır.