![]()
Nə qədər ki, Serj Sərkisyan və hakim partiya Ermənistanda hakimiyyətdədir əhalinin sayı 4 milyona çatması qeyri-mümkündür.
Gununsesi.info xəbər verir ki, bunu Ermənistan parlamentində “Yelk” deputat fraksiyasının üzvü, deputat Ararat Mirzoyan 1 in.am-açıqlamasında deyib.
O deyib ki, mən nə Serj Səkisyanın 2040-cı ilədək Ermənistan əhalisinin 4 milyona çatması ilə bağlı bəyanatına onun indiyədək səsləndirdiyi digər bəyanatlar kimi yanaşıram: “Bütün bu bəyanatlar yalan və boş vədlərdir. Sərkisyan özü yaxşı bilir ki, heç nə reallaşmayacaq. Hətta onlar nəsə etmək istəsələr və buna çalışsalar da, heç nə edə bilməyəcəklər. Nə qədər ki, Serj Sərkisyan və Respublikaçılar Partiyası hakimiyyətdəir , heş vax ölkə əhalisinin sayı 4 milyon ola bilməz. Əksinə onlar hakimiyyətdə olduqca Ermənistan iqtisadiyyatı hər saat dağılır, əhali sayı isə azalır”.
Qeyd edək ki, aprelin 4-də Serj Sərkisyan “Ermənistanın inkişaf strategiyası-2030” toplantısında çıxışı zamanı ölkə əhalisinin 4 milyona çatacağaı barədə fikirlər səsəəndirib.
Gununsesi.info












