“Ermənistan-Azərbaycan sərhədində Rusiya sülhməramlıları olmayacaq” – Kreml

  • By admin
  • 07 İyul 2021 14:55

İrəvan bundan əvvəl Azərbaycanla sərhədin Sotk-Xoznavar hissəsində Rusiya sərhədçiləri və ya ATƏT-in Minsk Qrupu həmsədr ölkələrinin müşahidəçilərinin yerləşdirilməsini təklif etmişdi. Bu gün keçiriləcək Putin-Paşinyan görüşdə də bu mövzunun müzakirə olunacağı bildirilirdi.

Gununsesi.info xəbər verir ki, Kreml  məlumatı təkzib edib:

“Vladimir Putinlə Nikol Paşinyan arasında aparılacaq danışıqlar zamanı Ermənistan-Azərbaycan sərhədində Rusiya sülhməramlılarının yerləşdirilməsi ilə bağlı sənədin imzalanması barədə məlumat yalandır.  Bu, həqiqətə uyğun olmayan bir mesajdır”.

Xatırladaq ki, Təhlükəsizlik Şurasının 27 may tarixli iclasında Nikol Paşinyan Azərbaycanla sərhəddəki vəziyyətdən çıxmaq planını təqdim etmişdi.