Ermənistan çaxnayır: Müdafiə Nazirliyi ələ keçirildi, magistrallar bağlandı – GƏRGİNLİK PİK HƏDDƏ

  • By admin
  • 16 Dekabr 2020 14:57

Ermənistanda Qarabağ məğlubiyyətindən sonra siyasi gərginlik pik nöqtəsinə çatıb.

 

Gununsesi.org Ermənistan KİV-nə istinadən xəbər verir ki, övladları itkin düşmüş əsgər yaxınları Müdafiə Nazirliyinin darvazalarını sındıraraq əraziyə daxil olublar. Yüzlərlə insan nazirliyin binasına daxil olaraq, məsul şəxslərin onlara cavab verməsini tələb edib.

Daha bir etirazçı qrup isə Gümrü-Bavra yolunu bağlayıb. Bu magistral yol Ermənistanı Gürcüstanla birləşdirən əsas yol hesab olunur.

Etirazçılar baş nazir Nikol Paşinyanın dərhal istefa verməsini tələb ediblər.

Gununsesi.org