Ermənistan daha bir zərbəni BMT Təhlükəsizlik Şurasından aldı - ELNUR SADIQOV

  • By admin
  • 30 Sentyabr 2020 08:48

Ermənistana BMT TŞ zərbəsi

“BMT TŞ – nın dünənki iclası və yekunda verilən bəyanat hüquqi əsas yaratmasa da Ermənistana növbəti siyasi zərbə olub”.

Gununsesi.info bildirir ki, bu fikirləri siyasi ekspert Elnur Sadıqov özünün sosial şəbəkə hesabında yazıb.

O, qeyd edib ki, BMT TŞ atəşkəs çağırışını münaqişənin tərəfləri kimi Ermənistan və Azərbaycana edib:

“BMT – nin Qarabağa dair məlum qətnamələrində isə Ermənistan yox, erməni qüvvələrindən danışılırdı. Paşinyan da bunu əsas götürüb Münhen Təhlükəsizlik Konfransında və digər beynəlxalq tribunalarda Azərbaycan ərazilərinin qondarma DQR tərəfindən işğal edildiyini deyirdi. BMT TŞ son bəyanatında Qarabağa dair qəbul etdiyi qətnamələrdəki mübahisələrə yol açan anlayışlara korrektələr etməklə Ermənistanı deklorativ də olsa işğalçı adlandırıb.

Atəşin dayandırılmasına dair fikirlər isə prosedur xarakterlidir. Heç bir beynəlxalq təşkilat silahlı mübarizəyə yaxud hərbi əməliyyatları təqdir edən çağırış etməz.

Nəticə etibarilə deyə bilərik ki, BMT TŞ – nın son bəyanatı Azərbaycan ordusunun Ermənistanı sülhə məcburetmə tədbirlərinə heç bir maneə yaratmır”.

 

Gununsesi.info