Ermənistan “DXR” və “LXR”i tanımayacaq

  • By admin
  • 23 Fevral 2022 11:16

“Biz, təbii ki, iki dost dövlət arasında mövcud problemlərin diplomatik dialoq, danışıqlar yolu ilə beynəlxalq hüququn norma və prinsipləri, BMT Nizamnaməsi əsasında həllini arzulayırıq, amma Ermənistanın gündəmində “Donetsk və Luqansk Xalq Respublikaları”nın tanınması yoxdur”.

Gununsesi.info xəbər verir ki, bu barədə Ermənistan XİN rəhbərinin katibi Vahan Hunanyan deyib.

“Ümid edirik ki, gərginliyin azaldılması və vəziyyətin sülh yolu ilə həlli üçün lazımi addımlar atılacaq”, – Hunanyan cavabında bildirib.

Gununsesi.info