Ermənistan HÜCUMA hazırlaşır?

  • By admin
  • 14 Oktyabr 2022 12:33

“Noyabr ayında müharibə olacağını düşünmürəm. Çünki Ermənistan tərəfinin müharibə aparmaq üçün potensialı məhduddur. Amma 12-14 sentyabrda olduğu kimi, kiçik və orta miqyaslı toqquşmaların təkrarlanması heç bir zaman istisna deyil”.

Bunu Publika.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

Ekspert bildirib ki, Ermənistan tərəfənin fəaliyyətlərini izlədikdə görürük ki, son günlər Gorus, Basarkeçər və Cermux rayonları istiqamətində kifayət qədər intensiv şəkildə qarşı tərəfin təxribatları nəticəsində həm atəşkəs pozulur, həm də həmin istiqamətdə düşmən hücum əməliyyatlarına hazırlıq fəaliyyətlərini həyata keçirir:

“Orada müəyyən qoşun cəmləşdirilməsi də müşaiyyət olunur. Azərbaycan tərəfi isə şəxsi heyətin təhlükəsizliyini, işğaldan azad olunan ərazilərdə aparılan yenidənqurma, bərpa, quruculuq işlərində çalışan vətəndaşlarının həyat və sağlamlıqlarını qorumaq üçün düşmənin sərhədlərimizə yaxın ərazilərdə yaratdığı qruplaşmaları məhv etmək məcburiyyətindədir. Əgər Ermənistan növbəti dəfə insan, texnika və ərazi itkisi ilə qarşılaşmaq istəmirsə, o zaman sərhəddə özünü sərhəd rejiminə uyğun şəkildə aparmalıdır. Yəni, səngərlər deyil, müşahidə qüllələri, sərhəd zastavaları yerləşdirməlidir. Əgər oradan bizə qarşı təhdidlər həyata keçirib, sonra dünyaya Azərbaycanın müharibəyə hazırlaşdığı ilə bağlı hay-küy salacaqlarsa, bu, onlara heç nə verməyəcək. Azərbaycan başqa dövlətlərin nə dediyinə və nə istədiyinə də baxmayacaq. Dövlətimiz özünün ərazi bütövlüyünü, ərazilərinin təhlükəsizliyini özü təmin etmək iqtidarındadır”.

Gununsesi.info