Ermənistan KTMT-dəki iştirakını “dondurdu”

  • By admin
  • 23 Fevral 2024 08:42

Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakını dayandırdığını bildirib.

Gununsesi.info xəbər verir ki, o, bu barədə “France24” telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, Moskvanın dominantlıq etdiyi KTMT-də Ermənistan iştirakını “dondurub”, eyni zamanda Rusiya hərbi bazasının Ermənistanda saxlanılması məsələsinin gündəmdə olmadığını bildirib.

Bundan əvvəl Nikol Paşinyan ölkəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlüyünə yenidən baxa biləcəyini, lakin NATO-ya üzvlük məsələsini müzakirə etmədiyini bildirib.

O, həmçinin bəyan edib ki, Ermənistan artıq Rusiyaya əsas müdafiə və hərbi tərəfdaşı kimi arxalana bilməz, çünki Kreml bunu dəfələrlə uğursuzluğa düçar edib.

 

Gununsesi.info