Ermənistan MTX: Ordumuz barədə sosial şəbəkədə yazışmayın

  • By admin
  • 03 Dekabr 2019 19:10

“Ordumuz barədə yazışmayın, istifadəçi özünü erməni kimi təqdim edən azərbaycanlı ola bilər”.

Gununsesi.org “RusArminfo”ya istinadən xəbər verir ki, bu xəbərdarlıq Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin (MTX) “Facebook” səhifəsində yazılıb.

MTX ölkənin bütün vətəndaşlarını sosial şəbəkədə tanış olmayanlarla hərbi mövzuda yazışmaqdan çəkinməyə çağırır: “Bu istiqamətdə problem olarsa, Milli Təhlükəsizlik Xidmətinə müraciət edin”.

 

Gununsesi.org