“Ermənistan  müharibədə məğlub olduqdan sonra Dilqəm və Şahbazı Azərbaycana qaytarmağa məcbur oldu” - Azay Quliyev

  • By admin
  • 15 Dekabr 2020 11:00
“Ermənistan yalnız müharibədə məğlub olduqdan sonra 6 il girovluqda saxladığı Dilqəm Əsgərovu və Şahbaz Quliyevi Azərbaycana qaytarmağa məcbur oldu”. 

Gununsesi.info xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Azay Quliyev özünün sosial şəbəkə statusunda bəhs edib.

Deputat 6 il sonra erməni girovluğunda azad edilən Dilqəm Əsgərov və Şahbaz Quliyevin Azərbaycana qaytarılması haqqında fikirlərini bu cür ifadə edib:

“Ermənistan yalnız müharibədə məğlub olduqdan və “Dəmir Yumruğun” ağır zərbəsini hiss etdikdən sonra 6 il girovluqda saxladığı Dilqəm Əsgərovu və Şahbaz Quliyevi Azərbaycana qaytarmağa məcbur oldu. Bu, Ali Baş Komandanın növbəti diplomatik və siyasi uğurudur. Xalqımızı, hər iki soydaşımızı və onların ailə üzvlərini təbrik edirəm”.

Gununsesi.info