“Ermənistan müstəqil ola bilmədi, müstəmləkədir”

  • By admin
  • 20 Noyabr 2020 12:59

“Müharibə zamanı Ermənistan Ordusunda 10 mindən çox fərarilik halı olub”.

Bunu dövlət başçısı İlham Əliyev xalqa müraciətində deyib.

İlham Əliyev bildirib ki, bunu ermənilər özləri də deyirlər:

“Onların ordusu yalnız əliyalın mülkilərə qarşı vuruşa bilərdi. Onların rəhbərləri cinayətkardır, onların qəhrəmanları qorxaqdır. Ermənistan rəhbərliyi özü deyib ki, onlara əvvəllər quldurlar, cinayətkarlar rəhbərlik edib.

Son iki il yarımda onlara kimin rəhbərlik etdiyini bütün dünya gördü. Ermənistan müstəqil ölkə ola bilmədi, Ermənistan faktiki müstəmləkədir. Onlar nəyə görə müstəqil ola bilmədilər? İşğala görə. Bundan sonra da məğlub edilmiş ölkə damğası ilə yaşayacaqlar”.

Gununsesi.org