Ermənistan müxalifətində parçalanma – Sarkisyan Koçaryana QARŞI

  • By admin
  • 13 Aprel 2021 11:35

Ermənistanda 20 iyun növbədənkənar parlament seçkiləri öncəsi qeyri-müəyyənlik davam edir.

Gununsesi.info Ermənistanın “Qraparak” qəzetinə istinadən xəbər verir ki, müxalif qüvvələr bir neçə blokla seçilərə qatılacaq.

“Bu günlərdə müxalifət iri birliklərin yaradıla bilməməsindən məyus olublar. Amma kiçik siyasi birliklər də formalaşmaya bilər. Kuluarlarda bu birləşməyə mane olan 2 əsas fiqurun – Robert Koçaryan və Serj Sarkisyanın adı çəkilir. Deyilənə görə onlar Nikol Paşinyandan çox bir-biri ilə mübarizə aparmaqla məşğul olurlar”- deyə “Qraparak” yazır.

“Qraparak” Serj Sarkisyanın hakimiyyətə iddialı olmadığını yazsa da, siyasi komandasının yeni hakimiyyətdə mövqelərinin möhkəm olmasına çalışır.

“Eyni zamanda o, Robert Koçaryanın yenidən hakimiyyətə qayıtmasına mane olmaq istəyir. Koçaryan isə çox əsassız ambisiyalara malikdir və çox az siyasi qüvvə onunla danışıqlara gedir”.

Gununsesi.info