Ermənistan naziri Laçına gəldi: SEPARATÇI MƏMURLARLA birgə – Gəliş üçün rəsmi Bakıdan izin aldımı? - FOTO

  • By admin
  • 15 Dekabr 2020 18:59
13 dekabr tarixində Xankəndində Rusiya sülhməramlılarının faktiki himayəsi altında fəaliyyət göstərən separatçı- erməni xuntasının “əmək, sosial məsələlər və mənzil naziri” adlanan Mane Tandilyan və Ermənistanın əmək və sosial məsələlər naziri Mesrop Arakelyan  Laçın rayonunun  Zabux kəndini  ziyarət ediblər.
 Gununsesi.org  Moderator.az-a istinadla xəbər verir ki, işğalçı ölkə saytlarının yaydığı məlumata görə, erməni məmurlar burada sakinlər və “Axavno” adlandırdıqları Azərbaycan kəndinin “icma rəhbəri” ilə görüşüblər.
“Nazirlər yerində müharibədən sonra cəmiyyətdə yaranan problemlərlə tanış olublar və həll edilməsi lazım olan problemlərin həllinə ən qısa zamanda başlamağa hazır olduqlarını bildiriblər”- məlumatda belə deyilir.

 

 Gununsesi.org