“Ermənistan növbəti məğlubiyyətə yaxındır, indi Azərbaycan…” – Saqatelyan

“İndi Azərbaycan Avropa üçün Ermənistandan daha maraqlıdır”.

Gununsesi.info xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı İşxan Saqatelyan deyib.

Deputat Türkiyə və Azərbaycan nümayəndələrinin beynəlxalq arenada Ermənistandan daha aktiv olduqlarını da bildirib.

Saqatelyan yeni risklərlə dolu olan bu çətin geosiyasi vəziyyətdə Ermənistanın növbəti məğlubiyyətə yaxın olduğunu bildirib. O, baş verənlərə görə Ermənistanın mövcud hakimiyyətini günahlandırıb.

Onun sözlərinə görə, dünyada mövcud enerji böhranı kontekstində Avropa ölkələri üçün Azərbaycan daha maraqlıdır, nəinki Ermənistan.

Gununsesi.info