“Ermənistan ordusunun mövqeləri darmadağın edilib” - MN

  • By admin
  • 29 Sentyabr 2020 23:26

Azərbayan Ordusunun artilleriya zərbələri nəticəsində Tərtər rayonunun Həsənqaya yaşayış məntəqəsi yaxınlığında yerləşən Ermənistan silahlı qüvvələrinin 5-ci motoatıcı alayının 1-ci taboru və Talış istiqamətində yerləşən 6-cı motoatıcı alayının 1-ci taborunun mövqeləri dağıdılıb.

Bu barədə Gununsesi.info-ya Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

“Ağır itkilərə məruz qalan düşmən ölən və yaralıların evakuasiyasını təşkil etmək üçün nəqliyyat vasitələri tapmaqda çətinlik çəkir”, – Nazirlikdən bildirilib.

 

Gununsesi.info