Ermənistan parlamenti buraxıla bilər – Siyasi vəziyyət gərginiləşir

  • By admin
  • 26 Yanvar 2021 10:57

Ermənistan parlamenti buraxıla bilər.

 

Gununsesi.org xəbər verir ki, bu barədə “Aykakan Jamanak” qəzeti yazır. Qəzetin məlumatına görə, iqtidardakı “Mənim addımım” fraksiyası parlamentə özünü buraxmaq səlahiyyəti verən konstitusion düzəlişlər paketini qəbul etməyə hazırlaşır.

Düzəlişlərə əsasən, parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi deputatların 3/5 hissəsinin istəyi ilə baş tuta bilər.

 

“Aykakan Jamank” qəzetinin baş nazir Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyana məxsus olması yayılan məlumatın yüksək ehtimalla doğru olmasından xəbər verir.

Gununsesi.org