Ermənistan parlamenti sabah Serj Sərkisyanı baş nazir seçəcək

  • By admin
  • 16 Aprel 2018 13:58

Bu gün Ermənistanın hakim Respublikaçılar  partiyası  və hakim koalisiyanın üzvü olan Daşnaksütun partiyasının parlament fraksiyasının keçirdiyi birgə iclasda  sabiq prezident Serj Sərkisyanın ölkənin baş naziri postuna namizədliyi rəsmən irəli sürüb.

 Gununsesi.info “novost-armeniya”-ya istinadən xəbər verir ki, birgə iclasda   Serj Sərkisyanın baş nazir postuna  irəli sürülməsi ilə bağlı iclas 5 dəqiqə çəkib. iclasdan sonra hakim partiyanın üzvləri jurnalistlərin sullarına cavab verməyərək, iclas ərazisini  tərk ediblər.

 Ermənistanın baş naziri postuna seçkilər aprelin 17-də parlament iclasında  müzakirə olunacaq.

Gununsesi.info