Ermənistan parlamentində qalmaqal: Spiker rəsmi səfər adı ilə həyat yoldaşını da...

  • By admin
  • 17 Yanvar 2022 14:09

“Ermənistan parlamentinin sədri Alen Simonyan ABŞ-a səfərə gedən parlament nümayəndə heyətinin tərkibinə həyat yoldaşını da daxil edib”.

Gununsesi.info xəbər verir ki, bunu bazar ertəsi parlamentin plenar iclasında müxalifətçi “Ermənistan” fraksiyasından olan deputat Areknaz Manukyan deyib.

Manukyan qeyd edib ki, spiker biznes sinifli təyyarənin salonundan istifadə edib.

Deputat vurğulayıb ki, Alen Simonyan parlament rəhbəri olduğu 4 ay ərzində 7 ölkəyə səfər edib və bunun üçün təxminən 120 min ABŞ dolları xərclənib.

Manukyan qeyd edib ki, o, qeyri-rəsmi məlumatlara istinad edir, bununla bağlı parlament rəhbərliyindən bunu təsdiq və ya təkzib etməyi tələb edir.

Parlamentin vitse-spikeri Hakob Arşakyan xatırladıb ki, müxalifətçi deputat parlament üzvüdür və onun xərcləmə istiqamətinə nəzarət etmək imkanı var.

Vitse-spiker əlavə edib ki, parlamentin bütün xərcləri, o cümlədən ezamiyyə xərcləri şəffaf həyata keçirilir.

Manukyan isə bu əsaslandırmaları gülünc adlandırıb: “Mən Alen Simonyan üçün dövlət binasının təmirinə nə qədər pul xərcləndiyi ilə bağlı cavab sorğusu göndərdim, lakin mənə dedilər ki, bu xərclər dövlət sirridir. Eyni şey prezident Armen Sərkisyanın ezamiyyətləri ilə bağlı xərclərə də aiddir”.

Gununsesi.info