Ermənistan parlamentində yenidən dava düşdü - VİDEO

  • By admin
  • 24 May 2023 14:49

Ermənistan parlamentində ölkənin hakim “Vətəndaş müqaviləsi” partiyasının deputatları ilə müxalif millət vəkilləri arasında dava düşüb.

Gununsesi.info “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, “Hayastan” fraksiyasının üzvü Artur Sarkisyanın çıxışından sonra onunla hakim partiyanın nümayəndəsi Ovik Ağazaryan arasında mübahisə yaranıb. Daha sonradan mübahisəyə digər deputatlar da qoşulub.

Təhlükəsizlik xidmətinin əməkdaşları parlamentin spikeri Alen Simonyanın göstərişi ilə Artur Sarkisyanı iclas zalından çıxarıblar.

Gununsesi.info