Ermənistan polisinin sabiq sözçüsü HƏBS EDİLDİ

  • By admin
  • 24 Dekabr 2020 09:26

Ermənistan polisinin mətbuat xidmətinin sabiq rəhbəri Sayat Şırinyan Ermənistanın İstintaq Komitəsi tərəfindən saxlanılıb.

Gununsesi.info erməni KİV-nə istinadla xəbər verir ki, S.Şırinyanın saxlanılmasına səbəb onun özünün “Facebook” səhifəsində yazdığı status olub.

Sabiq mətbuat xidmətinin rəhbəri “Facebook”dakı statusunda bildirib ki, etiraz aksiyasına rəhbərlik etsəydi, konkret addımlar atardı və “qan tökülməsinin qarşısını almaq olmazdı”.

Gununsesi.info