Ermənistan Rusiyanın notasına cavab verdi

  • By admin
  • 25 Avqust 2022 14:30

Ermənistan XİN Rusiya səfirliyinin etiraz notasına cavab verib.

Gununsesi.info Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin sözçüsü Vaan Hunanyan bildirib.

Xatırladaq ki, Rusiyanın İrəvandakı səfirliyi avqustun 14-də Ermənistan KİV-lərinin İrəvandakı “Sürməli” ticarət mərkəzində baş verən partlayışda Rusiyanı ittiham etməsinə cavab olaraq nota vermişdi.

“Biz Rusiya səfirliyinin notasına müəyyən edilmiş qaydada cavab verdik. Notanın məzmunu daxili diplomatik yazışmaların bir hissəsidir və buna görə də mətnin dərcini düzgün hesab etmirik”, – Unanyan bildirib.

Gununsesi.info